Moskva Əsəd-Ərdoğan görüşünün təşkili üzərində iş aparır

02.12.2022 13:16     Dünyadan reaksiya     742

Moskva Suriya və Türkiyə prezidentləri arasında Rusiyada görüş təşkil etmək üzərində işləyir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

Onun sözlərinə görə, prezidentlərin Rusiya Federasiyasında görüşünün mümkünlüyü həmişə mövcuddur və Moskva bunu dəstəkləyir.

"Bir daha deyirəm, Türkiyə bunu nəzərdən keçirməlidir. Biz belə bir görüşün ümumilikdə müsbət və faydalı olacağına inanırıq və biz bu istiqamətdə işləyirik", - Lavrentyev “Əl-Ərəbiyə” telekanalına müsahibəsində deyib.

Reaksiya.az

Şərhlər