"Bütün Ukrayna bir böyük sarsılmaz qalaya çevrilməlidir" - Zelenski

05.12.2022 13:05     Dünyadan reaksiya     733

"Biz öz evimizi qoruyuruq və bu, bizim üçün ən güclü motivasiyadır!.."
 
"Biz azadlıq uğrunda mübarizə aparırıq və bu, gücümüzü artırır!.."
 
"Biz həqiqəti müdafiə edirik, bu da bütün dünyanı Ukraynanın ətrafında birləşdirir!.."
 
Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 4-də axşam müraciətində ukraynalıları birliyə çağırıb və vuğulayıb ki, Rusiyanın indiyədək artilleriyada üstünlüyə malik olmasına rəğmən, Ukraynada olanlar işğalçılarda yoxdur və heç vaxt olmayacaqdır.
 
Moderator.az xəbər verir ki, müraciət prezident Ofisi tərəfindən dərc edilib. Məlumatı "QORDON" internet nəşri yayıb.
 
Prezident qeyd edib ki, bu qış mürəkkəb olacaq, lakin, onun sözlərinə görə, yadda saxlamaq lazımdır ki, onun hər günü ukraynalıları qələbəyə yaxınlaşdırır.
 
"Düşmən qışı bizə qarşı istifadə etməyə çox ümid edir, qışın soyuğunu və çətinliklərini öz terrorunun bir hissəsi etmək istəyir. 
 
Biz isə, nə qədər çətin olsa da, bu qışa tab gətirmək üçün hər şeyi etməliyik. Tab gətirməliyik və gətirəcəyik. Bu qışa tab gətirməli və hər şeyimizi qorumalıyıq.
 
Rusiyanın hələ raketləri və artilleriyada üstünlüyü var. Bəli, bu, belədir, amma bizdə olanlar işğalçılarda yoxdur və heç vaxt olmayacaqdır.
 
Biz öz evimizi qoruyuruq və bu, bizim üçün mümkün olan ən güclü motivasiyadır.
 
Biz azadlıq uğrunda mübarizə aparırıq,  bu isə gücümüzü artırır.
 
Biz həqiqəti müdafiə edirik, bu da bütün dünyanı Ukraynanın ətrafında birləşdirir", - Zelenski deyib.
 
O, ukraynalılara bir-birinə daha çox yardım etməyə və bir-birinə qayğı göstərməyə çağırış edib.
 
"Xahiş edirəm kömək lazım olduğunu və onun nədən ibarət olduğunu soruşmayın. Sadəcə, görsəniz ki, kömək edə biləriniz, kömək edin. Qışı keçməyimiz üçün biz həmişəkindən daha dözümlü və yekdil olmalıyıq. Heç bir daxili münaqişələrə və çəkişmələrə yol vermək olmaz, onlar bizi yalnız zəiflədə bilər...
 
Bütün Ukrayna bir böyük sarsılmaz qalaya çevrilməlidir və hər gün, hər gecə işləməlidir. Dövlət, biznes, insanlar-biz hamımız, bütün ukraynalılar birgə işləməliyik", - prezident deyib.
 
O, vurğulayıb ki, Ukrayna hərbçiləri öz mövqelərində, o cümlədən ən mürəkkəb istiqamətlərdə möhkəm dayanıb. Və dövlətin və xalqın başlıca vəzifəsi müdafiə qüvvələrimizə dəstək olmaq və onları möhkəmlətməkdən ibarətdir.
 

Şərhlər

Çox oxunanlar