Yaponiya XİN: "Rusiya neftinin yuxarı qiymət həddi “Saxalin-2”yə şamil edilməyəcək"

05.12.2022 13:18     Dünyadan reaksiya     776

Rusiya neftinin qiymətinə tətbiq edilən yuxarı hədd “Saxalin-2” layihəsi çərçivəsində hasil edilən neftə şamil edilməyəcək.
 
Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, bu qərar Yaponiyanın enerji təhlükəsizliyini təmin etmək məqsədilə qəbul olunub.
 
Xatırladaq ki, dekabrın 5-də Rusiya neftinə məhdudiyyətlər qüvvəyə minib. Beləliklə, Avropa İttifaqı (Aİ) və G7 ölkələri Rusiya neftinin bir barelinin 60 dollar səviyyəsində məhdudlaşdırılması barədə razılığa gəlib.
 

Şərhlər