İranda aksiyalar davam edir: Küçələrə xalq bayrağı asılıb

26.12.2022 13:22     Dünyadan reaksiya     526

İranda molla rejiminin əleyhinə etiraz aksiyaları davam edir.

Musavat.com xəbər verir ki, aksiyalar İranın Babül, Kirman, Kirmanşah, Bəndər Abbas, Tehran, İsfahan, Məşhəd, Kərəc, Qəhdərican, Qəzvin və Şuş şəhərində və bir sıra şəhərlərində keçirilib.

Etirazlarda “Xameneyiyə ölüm olsun! Diktatora ölüm olsun!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”, “Ey Babül şəhərinin qeyrətli sakinləri, dəstək verin!”, və digər şüarlar səsləndirilib.

Sosial şəbəkələrdə İranda Xomneyi və Xamneyinin şəkillərinin xalq tərəfindən zibil qutusuna atıldığını əks etdirən fotoşəkillər yayımlanıb.

Tehranın Nəvab şossesində azadlıq uğrunda inqilabın 100-cü günü münasibətilə etirazçı xalq bayraq asıblar.

İranın Babül (Mazandaran), Kirman (Kirman) və Şuş (Xuzistan) şəhərlərində etirazçılar “Bəsic” qüvvələrinin bazalarına Molotov kokteylləri ilə hücum ediblər.

Babül şəhərində (Mazandaran) etirazçılar bütün şəhər sakinlərini etirazlara qoşulmağa çağıran şüarlarla nümayiş keçirib. Nümayişçilərin şüarı: “Bu il qan ilidir, Seyid Əli (Xamenei) devriləcəkdir!”, “Ey Babül şəhərinin qeyrətli sakinləri, dəstək verin!”.


Reaksiya.az

Şərhlər