Braziliyada Peleyə görə üç günlük matəm elan edildi
30.12.2022 13:06 Dünyadan reaksiya 495
Braziliya hakimiyyəti futbol kralı Pelenin vəfat etməsindən sonra ölkədə üç günlük matəm elan edib.
Bu barədə “Sky News” məlumat yayıb.
Bildirilir ki, çərşənbə axşamı günü yürüş keçiriləcək, bu müddət ərzində Pelenin tabutu onun 100 yaşlı anasının yaşadığı məhəllədən aparılacaq, ardınca şəxsi dəfn mərasimi keçiriləcək.
Qeyd olunur ki, mərhumla vida mərasimi yanvarın 2-də klubun stadionunda olacaq. Dəfn mərasimi isə yanvarın 3-də Santos şəhərində keçiriləcək.
Ötən gün 82 yaşında vəfat edən Pele Santosdakı 32 mərtəbəli dünyanın ən şaquli qəbiristanlığında dəfn olunacaq.
Şərhlər