Baydenin evində yenə gizli sənəd tapıldı

16.01.2023 14:36     Dünyadan reaksiya     259

ABŞ prezidenti Co Baydenin Delaverdəki evində yeni məxfi sənədlər tapılıb. Bu üçüncü dəfə tapılan sənədlər də Baydenin vitse-prezidentliyi dövrünə aiddir.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Baydenin öz komandası tərəfindən aparılan axtarış nəticəsində kitabxanada olduğu deyilən 6 səhifəlik sənəd dərhal milli arxivə qaytarılıb. Bir müddətdir ABŞ siyasətini zəbt edən məxfi sənədlər məsələsi Baydenin 2024-cü il namizədliyini çətinləşdirib.

Reaksiya.az

Şərhlər