SEPAH Avropa terror qruplarının siyahısına əlavə olunacaqmı?
23.01.2023 14:48 Dünyadan reaksiya 364
Avropa terror qruplarının siyahısına təşkilatları əlavə etmək üzrə yetkili olan Avropa Birliyinin Xarici İşlər Şurası bu gün qərar qəbul edəcək.
Reaksiya.az xəbər verir ki, bu iclasda İrana xüsusi diqqət ayrılması gözlənir.
Ola bilər İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün həmin siyahıya əlavə edilməsin. Lakin bu o demək deyil ki, bu qurum heç bir zaman həmin siyahıya əlavə olunmayacaq. Bu Şuranın buna qarşı olması demək deyil. SEPAH-ın siyahıya əlavə edilməsi üçün ümumilikdə 27 üzvün yekdil səsi lazımdır.
Aaxendən seçilmiş millət vəkili (Bundestaq üzvü) İranlı reper Tumac Salehinin himayəsini öhdəsinə götürən Ye-One Rhie öz tvitter hesabında bildirib ki, üzv ölkələrin mövqeyində müsbət dəyişikliklər baş verməkdədir. Bu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH-ın) həmin siyahıya daxil olunması üçün yeganə şans deyil. Ye-One Rhieqeyd edib ki, siyahıya alınma ilə bağlı qərar təxirə salınarsa kimsə ruhdan düşməməlidir. Sizin səyiniz bir təzyiq mənbəyi olacaq. Gələcəkdə bunlar hamısı nəzərə alınacaq.
Şərhlər