Putinin “səfərbərlik fərmanı” hələ qüvvədə qalır - Peskov
23.01.2023 15:39 Dünyadan reaksiya 312
Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik haqqında fərmanına layihədən əlavə başqa maddələr də daxildir, ona görə də o, fəaliyyətini davam etdirir.
Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Peskov qeyd edib ki, səfərbərlik çərçivəsində hərbi xidmətə çağırış “müəyyən edilmiş saya çatana qədər” həyata keçirilib.
Prezidentin sözçüsü deyib ki, prezidentin sözügedən fərmanı “hərbi personal tərəfindən tapşırıqların yerinə yetirilməsi” baxımından qüvvədə qalmaqda davam edir.
Peskov hansı tədbirlərin nəzərdə tutulduğunu açıqlamaqdan imtina edib. O qeyd edib ki, bu, fərmanın dərc olunmayan və “rəsmi istifadə üçün” yazısı ilə qeyd olunan qapalı - yeddinci bəndinə də aiddir. Daha əvvəl Putinin sözçüsü demişdi ki, bu, çağırışçıların sayına aiddir.
“Qismən səfərbərlik çağırışına gəlincə, bu proses başa çatıb. Burada Rusiya prezidentinin sözlərinə diqqət yetirməyi təklif edirəm. Lakin fərman digər funksiyaları da nəzərdə tutur”, - deyə Peskov firkrini yekunlaşdırıb.
Müdafiə naziri Sergey Şoyqu ötən il sentyabrın 21-də səfərbərlik elan edilən zaman 300 min nəfərin orduya çağırılmasının planlaşdırıldığını bildirmişdi. Oktyabrın 28-də səfərbərliyin sona çatdığını elan edildikdən sonra prezident Vladimir Putin bəzilərinin könüllülər olmaqla 318 min insanın səfərbər edildiyini açıqladı.
Şərhlər