“Vaqner"in təsisçisindən Kadırova ŞOK TƏLƏB: Saqqalını iki dəfə uzat!

23.01.2023 15:57     Dünyadan reaksiya     416

“Vaqner”-in təsisçisi Yevgeni Priqojin, hətta səngərlərdə də təmiz təraşın zəruriliyi ilə bağlı müzakirənin davamında qeyri-adi təkliflə çıxış edib.

 Priqojin hesab edir ki, ordunun qlamurlaşmasına görə qanunvericilikdə məhdudiyyət və 50 ilədək həbs cəzası ilə ağır cəza qəbul etmək lazımdır.

O, Çeçenistan rəhbəri Ramzan Kadırova da saqqalını iki dəfə uzatmaq xahişi ilə müraciət edib: “Özün və mənim üçün”.

 

Bundan əvvəl Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general Viktor Zavarzin əsgərin üzünü təraş etməsini hərbi nizam-intizamın elementar tələbi adlandıran həmkarı, general-leytenant Viktor Sobolevi dəstəkləyib. Onun fikrincə, bu, bölmələrin mənəvi vəziyyəti üçün vacibdir.

 

Reaksiya.az

Şərhlər