Daha bir türk əsgəri şəhid oldu - VİDEO
22.08.2015 12:12 Dünyadan reaksiya 2101
PKK terror təşkilatı Şırnak vilayətinin Beytüşşəbap bölgəsinin Ayvalıq kəndində Jandarma bölməsinə hücüm təşkil edib.
Reaksiya.az xəbər verir ki, təşkil olunan hücumda ağır yaralanan jandarma kapitanı şəhid olub.
Qeyd edək ki, hücumda biri ağır olmaqla üç əsgər yaralanıb. Münaqişə bitdikdən sonra helikopterlə xəstəxanaya aparılan yaralı əsgərlərdən vəziyyəti ağır olan Jandarma kapitanı həkimlərin bütün müdaxilələrinə baxmayaraq gecə 02:00 radələrində şəhid olub. Yaralı digər iki əsgərin isə müalicələri davam edir.
Şərhlər