İki ölkə arasında münasibətlər gərginləşdi - Dünya yeni müharibənin bir addımlığında

25.01.2023 14:32     Dünyadan reaksiya     410

Ruanda Konqo Demokratik Respublikasının hava məkanını pozan döyüş təyyarəsini vurub.
 
 Ruanda ordusu hava məkanını 3 dəfə pozan Konqo Demokratik Respublikasına məxsus döyüş təyyarəsini vurub.
 
Mövzu ilə bağlı rəsmi açıqlama verilməsə də, iki Afrika ölkəsi müharibə həddinə gəlib.
 
Ruandanın açdığı atəş nəticəsində güllələrə tuş gələn təyyarə Konqo Demokratik Respublikasının Qoma şəhərinə məcburi eniş edib. Təyyarədə baş verən yanğın hava limanının yanğınsöndürənləri tərəfindən söndürülüb.
 

Şərhlər

Çox oxunanlar