İsveç xarici işlər naziri Qurani-Kərimin yandırılması ilə bağlı suallardan qaçdı
25.01.2023 14:33 Dünyadan reaksiya 517
İsveç xarici işlər naziri Qurani-Kərimin yandırılması ilə bağlı sualları cavablandırmadan uzaqlaşıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsveçin xarici işlər naziri Tobias Billström Avropa Parlamentində iştirak etdiyi iclasda Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimin yandırılması ilə bağlı sualları cavablandırmaqdan yayınıb.
İsveçin xarici işlər naziri Tobias Billström Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin Brüsseldə keçirilən iclasında İsveçin prezidentlik müddətinin prioritetlərini izah etmək üçün iştirak edib.
Daha sonra o, "Stokholmdakı etiraz aksiyaları və Qurani-Kərimin yandırılması Türkiyənin mövqeyini yüngülləşdirmir. Bunun üçün nə edə bilərsiniz? Bu prosesi sürətləndirmək üçün nə edə bilərsiniz?" sualını cavabsız qoyub.
Həmin görüntüləri təqdim edirik:
Şərhlər