"Bu hücumu şiddətlə qınayıram" - Ərdoğan
27.01.2023 17:10 Dünyadan reaksiya 554
"Azərbaycanın Tehrandakı səfirliyində bir mühafizə əməkdaşının şəhid olduğu hücumu şiddətlə qınayıram".
Reaksiya.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter"də yazıb.
"Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılara şəfa diləyirəm. Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır", - dövlət başçısı bildirib.
Şərhlər