“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması Rusiya üçün prioritetdir”

30.01.2023 13:35     Dünyadan reaksiya     575

“Bizi Cənubi Qafqaz respublikaları ilə ümumi tarix, mədəni-mənəvi yaxınlıq, xalqlar arasında sıx dostluq əlaqələri bağlayır”.

Bu barədə Rusiya XİN-in ötən ilin yekunları ilə bağlı mətbuat konfransına media tərəfindən göndərilən suallara cavabda bildirilib.

Məlumata görə, Rusiya Cənubi Qafqazın sabitliyi və çiçəklənməsində maraqlıdır:

“Biz regionda yığılıb qalmış münaqişə potensialının aradan qaldırılması istiqamətində intensiv işləyirik. Bu xüsusda, prioritet tapşırıqlardan biri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasıdır. Bunların əsasını isə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli bəyanatları təşkil edir. Əminik ki, prosesin uğurlu olması ümumilikdə bu üçtərəfli razılaşmalara dəqiqliklə riayət olunmasından asılıdır”.

Reaksiya.az

Şərhlər