“Makron dürüst deyil, bütün nüfuzunu itirib” - Ərdoğan
30.01.2023 13:36 Dünyadan reaksiya 537
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronun dövlət başçısına xas keyfiyyətlərə sahib olmadığını bildirib.
Azpost.info xəbər verir ki, onun sözlərinə görə, Makronla beynəlxalq səviyyədə çoxlu görüşlər keçirib, lakin Fransa lideri dürüst olmayıb.
“Fransaya rəhbərlik edən adam bu dövlətin başçısı olmağa layiq deyil. Dürüstlük olmayan yerdə etibar da yoxdur. Təbii ki, dünyada belə liderlər çoxdur. Təəssüf ki, onlar Aralıq dənizində Yunanıstanla münasibətlərdə Türkiyəni görməməzlikdən gəlir və onunla fərqli münasibətlərə girirlər”, – Ərdoğan bildirib.
Türkiyə lideri həmçinin qeyd edib ki, Paris hazırda Afrika ölkələrini istismar edir. Ərdoğan xatırladıb ki, Burkina Faso Fransa Silahlı Qüvvələrinin mövcudluğu ilə bağlı razılaşmanı pisləyib və indi onlar bir ay ərzində ölkəni tərk etməlidirlər. Türkiyə prezidenti oxşar ssenarinin Toqoda da olacağını ehtimal edir. Bundan başqa, onun fikrincə, Mali Fransa ilə münasibətlərə son qoymaq vəziyyətindədir.
Şərhlər