Gizli danışıqlar: Arutyunyan Xankəndini təslim edir
28.02.2023 14:57 Dünyadan reaksiya 410
Araik Arutyunyan və komandası Bakıya birtərəfli güzəştlərə gedir.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə Xankəndidəki separatçı rejimdə “Vətən” “fraksiyasından” olan “deputat” David Qalstyan çıxış edib.
Onun sözlərinə görə, Bakının tələblərinin qəbulundan sonra Arutyunyan guya başqa seçimlərinin olmadığını deyəcək.
Qalstyan həmçinin separatçı rejimdəki “siyasi dairələrin” Arutyunyanın Bakı ilə apardığı müzakirələr barədə heç bir məlumat sahibi olmadıqlarını söyləyib:
“Onlarla heç bir müzakirə və ya konsultasiyalar aparılmayıb. “Siyasi dairələr” danışıqların hansı gündəmlə aparıldığını da bilmir. Biz hətta danışıqlarda tərəfimizdən kimin iştirak etdiyindən də xəbərsizik. Dünən hətta daha bir görüşün olduğu bildirilsə də, buna rəsmi təsdiq ala bilmədik”.
Qeyd edək ki, Ruben Vardanyanın istefaya göndərilməsindən sonra Bakı ilə Xankəndidəki ermənilər arasında görüşlərə start verildiyi iddia edilir.
Rəsmi Bakı Qarabağda heç bir yad ünsürü hakimiyyət kimi qəbul etmədiyini, bu formatda danışıqlar aparmayacağını dəfələrlə elan edib. Bununla yanaşı, Qarabağdakı erməni əhali ilə təmasların qurulduğunu vurğulayıb.
Şərhlər