Paşinyan Qarabağ ermənilərinin Bakıya gəlməsini istəmir
14.03.2023 13:15 Dünyadan reaksiya 366
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ ermənilərinə Bakıda danışıqların davam etdirilməsi ilə bağlı təklifinə münasibət bildirib.
Reaksiya.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında bu barədə danışıb.
"Artıq təşəbbüsə yekun cavab verilib. Qeyd olunub ki, danışıqlar eyni formatda, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə, eyni yerdə aparılmalıdır", - deyə Ermənistan baş naziri söyləyib.
Şərhlər