Putinə dedim ki, Rusiya sülhməramlılarının nəzarət zonasında problemlər var - Paşinyan

14.03.2023 13:18     Dünyadan reaksiya     391

"Dünən Rusiya prezidenti ilə söhbətimiz Qarabağda eskalasiya mövzusuna həsr olunmuşdu. Putinə dedim ki, Rusiya sülhməramlılarının nəzarət zonasında problemlər var".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Paşinyan çıxışı zamanı KTMT ilə bağlı məsələyə də aydınlıq gətirib.

"2022-ci ildə KTMT-nin baş katibi mənə dedi ki, KTMT-də Ermənistanın təşkilatdan çıxacağı ilə bağlı qorxular var. Cavab verdim ki, bu qorxular yersizdir, amma Ermənistanda mövcud olan başqa qorxular da var və bu, KTMT-nin Ermənistanı tərk etməsi ilə bağlıdır. Mənim qiymətləndirməm isə ondan ibarətdir ki, istər-istəməz KTMT Ermənistanı tərk edir və bu, bizi narahat edir", - deyə Ermənistan baş naziri vurğulayıb.

Reaksiya.az

Şərhlər