Fransada etirazlara görə 457 nəfər həbs edilib
24.03.2023 12:26 Dünyadan reaksiya 345
Fransada keçirilən etiraz aksiyalarında indiyə kimi 457 nəfər həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Aksiya iştirakçıları ilə toqquşmalarda hüquq-mühafizə orqanlarının 441 əməkdaşı yaralanıb.
Qeyd edək ki, ölkənin Baş naziri Elizabet Bornun Milli Assambleyada (parlamentin aşağı palatası) səsvermədən yan keçərək pensiya islahatı barədə qanun layihəsinin qəbul edilməsi üçün konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndinin işə salınmasına dair qərarından sonra ölkənin müxtəlif şəhərlərində minlərlə insanın iştirakı ilə nümayişlər başlayıb. Polis etirazları dağıtmaq üçün dəfələrlə xüsusi vasitələrdən istifadə etməli olub.
Martın 16-da Fransa Senatının yuxarı palatası pensiya islahatları barədə qanun layihəsini dəstəkləyib. Lakin Milli Assambleyada səs çoxluğuna əmin olmayan Fransa hökuməti səsvermədən yan keçərək islahat qanununu qəbul edib.
Şərhlər