ABŞ-dan İrana savaş mesajı

24.03.2023 12:33     Dünyadan reaksiya     358

“ABŞ İranın yeni hücumlarına qarşı fərqli tədbirlər görməyə hazırdır”.

Bunu ABŞ-ın Yaxın Şərq üzrə Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla deyib.

“Xalqımızın müdafiəsi üçün hər zaman lazımi tədbirləri görəcəyik. Cavab tədbirlərini özümüzün seçdiyi zamanda və yerdə həyata keçirəcəyik. Biz İranın istənilən hücumuna ən fərqli tədbirləri görməyə hazırıq”, – deyə o, Suriyadakı İran obyektlərinə aviazərbələrin endirilməsindən sonra açıqlayıb.

Kurilla ABŞ ordusunun Suriyada təkcə bu ölkənin yox, eləcə də bütün regionun stabilliyi üçün qaldığını bildirib.

Reaksiya.az

Şərhlər