Çavuşoğlu: “Azərbaycan türkün gücünü bütün dünyaya göstərdi”

10.04.2023 12:36     Dünyadan reaksiya     546

“Bu gün Türkiyənin milli müdafiə sənayesinin 80 faizi yerli istehsaldır”.

Reaksiya.az  “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu PUA-ların Qarabağ müharibəsində mühüm rol oynadığını bildirib:

 

“Azərbaycan müharibəyə başladı və döyüş meydanında türkün gücünü bütün dünyaya göstərdi, işğal edilmiş torpaqlarını azad etdi”.

XİN başçısı deyib ki, Türkiyə artıq həm oyun quran, həm də Türkiyəyə qarşı hesablanmış oyunların qarşısını alan bir dövlətdir:

“Biz təkcə regional yox, həm də qlobal siyasi aktoruq. Türkiyə və türk milləti hər zaman çətinə düşən, köməyə ehtiyacı olanın yanında olub. Dəstəklərinə görə təşəkkür etdiklərimiz də eyni şeyi deyirlər. Söyləyirlər ki, hər zaman Türkiyə gələrdi, indi biz gəldik. Bizə dəstək olan ölkələrə bir daha təşəkkür edirəm”.

Reaksiya.az

Şərhlər