Qərbdən ermənilərə Qarabağ tələbi - Bu barədə danışmayın

10.04.2023 12:46     Dünyadan reaksiya     641

ABŞ-ın Ermənistandakı səfirliyi və Avropa İttifaqının İrəvanda yerləşən ofisi ermənilərə çağırış edib. 

Bu barədə erməni jurnalist Erik Hakopyan sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, ABŞ səfirliyi və Avropa İttifaqı Ermənistan vətəndaşlarından Qarabağda yaşayan ermənilərin öz müqəddəratını təyin etmə məsələsi haqqında danışmamağı tələb edib.

Qərb təsisatlarının mövqeyi belədir ki, ermənilər "öz müqəddəratını təyin etmə" məsələsindən yox, Qarabağda yaşayan ermənilərin hüquqlarının təmin olunması barədə danışmalıdır.

Jurnalist Erik Hakopyanın paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

 

Şərhlər