Rusiyadan etiraf: "Ukrayna ordusu ən güclü ordulardan biridir"

24.05.2023 12:30     Dünyadan reaksiya     358

"Ukrayna ordusu dünyanın ən güclü ordularından biridir".
 
Bunu "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib.
"Onların yüksək təşkilatçılıq, yüksək hərbi hazırlıq, yüksək intellekt səviyyəsi var, müxtəlif silahlara malikdirlər. Üstəlik, onlar istənilən silah sistemləri ilə işləyirlər: istər sovet, istər NATO silahları, hansı olursa-olsun, hamısında eyni dərəcədə uğurludur", - Priqojin deyib.
 
Onun sözlərinə görə, ukraynalılar vaxtilə Böyük Vətən Müharibəsində olduğu kimi, “ali məqsədə çatmaq” uğrunda mübarizə aparırlar.
 

Şərhlər