Paşinyan: Azərbaycanla Kişinyovda imzalana biləcək razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur
29.05.2023 13:00 Dünyadan reaksiya 472
Hazırda Azərbaycanla Kişinyovda imzalana biləcək razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur.
Reaksiya.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Kişinyovda sülhün bağlanmasının mümkünlüyü barədə danışarkən deyib.
Baş nazir parlamentdə bildirib ki, Ermənistan tərəfinin Vaşinqton görüşündən əvvəl verdiyi təkliflərə hələ də Azərbaycandan cavab almayıb.
Xatırladaq ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Parisdə bir qrup jurnalistə açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan iyunun 1-də Kişinyovda keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində sülh sazişi imzalaya bilər.
Şərhlər