Paşinyan noyabrın 9-da üçtərəfli bəyanatı buna görə imzalayıb: Putinə zəng edəndə...
20.06.2023 12:26 Dünyadan reaksiya 640
“2020-ci il noyabrın 9-da mən, Rusiya Federasiyası Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin ikinci Qarabağ müharibəsinin dayandırılması ilə bağlı üçtərəfli bəyanatını imzaladım. Təbii ki, Şuşanın süqutu prosesi burada dönüş rolunu oynadı. Burada vacib olan Şuşanın təkcə simvolik dəyəri deyil, həm də strateji dəyəridir”.
Bunu Ermənistanın Baş nazir Nikol Paşinyan Milli Assambleyada 44 günlük müharibənin nəticələrini araşdıran istintaq komissiyasının iclasında deyib.
“Şuşanı itirəndən sonra Xankəndinə hücum başlayacaq, Ağdərəyə təzyiq qaçılmaz olacaqdı. 25 minə yaxın əsgərimiz mühasirəyə düşmək təhlükəsi ilə üzləşəcəkdi. 9 noyabr bəyanatı müharibəni dayandırmaq üçün beşinci cəhd idi. İlk belə söhbət oktyabrın 7-də Rusiya prezidenti Vladimir Putinə ad günü münasibəti ilə zəng edəndə oldu”, - Paşinyan bildirib.
Şərhlər