Priqojinin təyyarəsi 4-cü dəfə Belarusa uçdu
18.07.2023 13:11 Dünyadan reaksiya 318
"Vaqner" PMC-nin yaradıcısı Yevgeni Priqojinin təyyarəsi iyulun 18-də səhər saatlarında Rusiya rəhbərliyinə qarşı uğursuz üsyandan sonra dördüncü dəfə Belarusa uçub.
"Reaksiya.az" xəbər verir ki, bu barədə “Belaruski Qayun” məlumat yayıb.
"Saat 11:05-də Yevgeni Priqojinin "Embraer Legacy 600" biznes-jeti (qeydiyyat nömrəsi RA-02795) Maçulişdəki hərbi aerodromda yerə enib. Bizdə olan məlumata görə, təyyarə Sankt-Peterburqdan Belarusa uçub".
Priqojinin təyyarəsi son vaxtlar 4-cü dəfədir ki, Belarusa gəlir.
Təyyarə iyunun 27-də, iyulun 1-də və iyulun 11-də də Belarusa uçub. Priqojin iyulun 11-dən 12-nə keçən gecə Osipoviç yaxınlığındakı çadır şəhərciyində gecələyib.
Şərhlər