Polşada təyyarə qəzaya uğradı - 5 ölü

18.07.2023 14:37     Dünyadan reaksiya     291

Polşanın mərkəzində “Cessna” təyyarəsi qəzaya uğrayıb.

Bu barədə “Reaksiya.az” TASS-a istinadən xəbər verir.

Qəza Varşavadan 40 km aralıqda baş verib. Göyərtəsində paraşütçüləri daşıyan təyyarə çətin hava şəraitində eniş etməyə çalışarkən insanların sığındığı anqara düşüb.  

Ölən 5 nəfərdən biri pilotdur. İkinci pilot yaralanıb, üçüncü isə xəsarət almayıb.

Anqarda yaralananlardan biri 6 yaşlı oğlan uşağıdır. 40 yaşında iki kişi isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Cavabdeh xidmətlər hadisənin başvermə səbəblərini müəyyənləşdirməyə başlayıb. İlkin səbəb kimi meteoşərait göstərilir.

Şərhlər