Priqojinin təyyarəsi Belarusda yerə enib
03.08.2023 16:32 Dünyadan reaksiya 909
“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin təyyarəsi sayca 6-cı dəfə Belarusa gedib.
"Reaksiya.az" “Unian”a istinadən xəbər verir ki, Sank-Peterburqdan gələn RA-02878 qeydiyyat nömrəli təyyarə səhər saatlarında Maçulişi hərbi aerodromunda yerə enib.
Sözügedən təyyarənin Priqojinin əsas təyyarəsi olmadığı bildirilir. Bunun ardınca isə, Moskvadan RA-07893 qeydiyyat nömrəli daha bir şəxsi təyyarə aerdromda yerə enib.
Qeyd edək ki, Rusiyanın “Vaqner”in yaradıcısı Yevgeni Priqojin iyun ayında döyüşçü yoldaşları ilə birlikdə Rusiya administrasiyasına qarşı silahlı üsyana başlayıb. Üsyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatıb. Priqojin Belarusa getdikdən sonra “Vaqner”in ölkədə məskunlaşmasını təklif edən Lukaşenko Belarus ordusunun “Vaqner” döyüşçülərinin təcrübəsindən yararlana biləcəyini bildirmişdi.
Priqojinin təyyarəsi mütəmadi olaraq Belarusa səfərlər edir. Onun özünün hazırda harada olduğu isə məlum deyil.
Şərhlər