Türkiyə ordusunun ilk qadın admiralı

03.08.2023 18:37     Dünyadan reaksiya     1160

Türkiyə Silahlı Qüvvələrində ilk dəfə qadına admiral rütbəsi verilib.

"Reaksiya.azxəbər verir ki, qərar Türkiyə Ali Hərbi Şurasının bu gün keçirilən iclasında qəbul edilib.

Belə ki, polkovnik Gökçen Fırat Dəniz Qüvvələri Komandanlığında admiral rütbəsi alıb.

Bununla da Gökçen Fırat Türkiyə Silahlı Qüvvələrinin ilk qadın admiralı olub.

Şərhlər