Fransada məktəbə hücum - Ölən və yaralılar var
13.10.2023 15:23 Dünyadan reaksiya 990
Fransanın şimalında Arras şəhərində naməlum şəxs soyuq silah ilə məktəbə hücum edib.
"Reaksiya.az" “BFMTV” telekanalına istinadən xəbər verir ki, sözügedən şəxs müəllimlərdən birini qətlə yetirib.
Hadisə nəticəsində daha bir neçə nəfər isə yaralanıb.
Ölkənin daxili işlər naziri Jerald Darmenen öz “X” hesabında insidentlə bağlı paylaşım edərək, hadisəni törədən şəxsin polis tərəfindən saxlanıldığını açıqlayıb.
İlkin məlumata görə, insidenti məktəbin keçmiş şagirdi olan 20 yaşlı bir gənc törədib. Onun qardaşının da saxlanıldığı bildirilir.
Şərhlər