"Rəfah" qapısı Qəzzanın üzünə bu gün də açılmadı
20.10.2023 13:00 Dünyadan reaksiya 628
"Rəfah" sərhəd-keçid məntəqəsi bu gün humanitar yardım karvanlarının Qəzza zolağına keçməsi üçün açılmayacaq.
Bu barədə CNN məlumat yayıb.
Məlumata görə, ABŞ rəsmiləri humanitar yardım karvanının Qəzzaya həftə sonunda, ola bilsin ki, şənbə günündə keçəcəyini gözləyirlər.
Qeyd edək ki, İsrail, ABŞ və Misir məhdud yardımın keçiddən Qəzzaya daxil olmasına icazə veriləcəyini təsdiqləyib. Misir dövlət televiziyası ilə keçidin humanitar yardımlar üçün bu gün açılacağını bildirmişdi.
Şərhlər