İsraildən intensiv hava zərbələri - Bir gecədə 120 fələstinli öldü

24.10.2023 13:40     Dünyadan reaksiya     490

Ötən gecə İsrail ordusunun həyata keçirdiyi hücumlarda 120 fələstinli həyatını itirib.

Müharibənin 18-ci günündə İsrail ordusu gecə boyu Qəzza zolağının bir çox bölgəsinə intensiv hava zərbələri endirib.

Əl-Əqsa kanalının xəstəxana mənbələrinə əsaslanan xəbərinə görə, Qəzza zolağının Xan Yunis və Rəfah şəhərlərindəki mülki yaşayış məntəqələrinə İsrail döyüş təyyarələrinin təşkil etdiyi hücumlar nəticəsində həyatını itirənlərin sayı 57-yə çatıb. Hücumlarda onlarla insanın yaralandığı da bildirilib.

Fələstin xəbər agentliyi WAFA-nın verdiyi xəbərdə, Xan Yunusdakı hücumda aralarında uşaqların da olduğu ən az 23 nəfərin öldüyü, 45 nəfərin isə yaralandığı bildirilib. Dağıntılar altında hələ də çoxlu adamın olduğu və xilasetmə işlərinin davam etdiyi bildirilib.
 
 
Reaksiya.az

Şərhlər