Deputatdan qalmaqallı paylaşım: “Qəzza yer üzündən silinməlidir”

02.11.2023 13:05     Dünyadan reaksiya     334

Qəzzaya intensiv hücumların davam etdiyi bir vaxtda, İsrailin hakim Likud partiyasından olan millət vəkili Qalit Distel Atbaryan qalmaqallı açıqlama verib. Atbaryan sosial media hesabında paylaşım edib.

 Qalit Distel Atbaryan "X" sosial media hesabında verdiyi açıqlamada blokadada olan Qəzza zolağını etnik təmizləməyə çağırıb.

O israillilərə müraciət edib:

“Bir-birinizə nifrət etməyin. Canavarlar sizə kifayət qədər nifrət edir. Düşmənə, canavarlara nifrət edin. Bu enerjini yaxşı hadisələrə sərf edin. Bütün Qəzzanı yer üzündən silməyə çalışırlar. Qəzzada olan canavarlar Misirə girməyə çalışacaqlar. Qəzza yer üzündən silinməlidir”.

Reaksiya.az

Şərhlər