“Şərt qoymamışıq, İsrail müharibəni istədiyi kimi aparır” - ABŞ-ın ikinci şəxsi

03.11.2023 12:30     Dünyadan reaksiya     410

“ABŞ İsrailə özünü müdafiə etmək üçün verdiyi dəstəyə görə şərt qoymayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın I vitse-prezidenti Kamala Harris deyib.

“Biz İsrailin özünümüdafiə haqqını dəstəkləməyə və yanında olmağa davam edəcəyik.

Gəlin açıq danışaq, 7 oktyabrda baş verənləri heç vaxt unutmayaq, burada yüzlərlə, minlərlə - 1400 günahsız insan öldürüldü, qətlə yetirildi , o gənclər sadəcə konsertə gəlmişdilər. Beləliklə, İsrailə özünü müdafiə etmək üçün verdiyimiz dəstəyə görə heç bir şərt qoymayacağıq”, - Harris bildirib.

ABŞ rəsmisi həmçinin Qəzzada dinc insanların həlak olmasından təəssüfləndiyini qeyd edib və vurğulayıb ki, Vaşinqton İsrailə bu müharibəni necə aparmalı olduğunu demir.

Qeyd edək ki, Harris bunu jurnalistin “ABŞ İsrailə hərbi yardımı HƏMAS-a qarşı müharibə zamanı Qəzzada mülki itkiləri azaltmaqla şərtləndirməlidirmi” sualına cavab olaraq bildirib.

Reaksiya.az

Şərhlər