“Vaqner” “Hizbullah” terror təşkilatına hava hücumundan müdafiə raket sistemi verir - İDDİA
03.11.2023 12:39 Dünyadan reaksiya 422
Rusiyanın “Vaqner” muzdlu qruplaşmasının “Hizbullah” terror təşkilatına “Pantsir-S1” hava hücumundan müdafiə raket sistemi verəcəyi iddia edilir.
“Hizbullah”ın rus sistemini İsrailin F-16 və F-35 döyüş təyyarələri, həmçinin ballistik və hipersəs raketlərinə qarşı əldə etmək istədiyi bildirilir.
“Vaqner” hələlik silahı Livana çatdırmasa da, sistemin HƏMAS-a kömək məqsədilə Qəzzaya ötürüləcəyi də iddia olunur.
“Hizbullah” lideri Həsən Nəsrullahın bu gün İsrail-HƏMAS toqquşmasının başlamasından bəri ilk dəfə televiziya vasitəsilə müraciət edəcəyi deyilir. Nəsrullahın çıxışından əvvəl bütün gözlər İsrail ordusu ilə “Hizbullah” arasında qarşılıqlı hücumların davam etdiyi Livan-İsrail sərhədinə çevrilib.
Şərhlər