Ərdoğan Ermənistana çağırış etdi

21.11.2023 13:50     Dünyadan reaksiya     382

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana tövsiyə edib.

Reaksiya.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində danışıb.

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh sazişinin üç əsas prinsipi üzrə razılaşmanı açıqlayıb. Onun sözlərinə görə, bunlar arasında 1991-ci il Alma-Ata Bəyannaməsi və SSRİ Baş Qərargahının 1974-1990-cı illər xəritələri əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin delimitasiyası, ərazi iddialarından imtina və onları bir daha irəli sürməmək öhdəliyi var.

Reaksiya.az

Şərhlər