Samvel Şahramanyanla bağlı SON DƏQİQƏ məlumatı

21.11.2023 13:53     Dünyadan reaksiya     356

Ermənistan parlamentinin 44 günlük müharibənin şərtlərini araşdırmaq üzrə komissiyası mövqeyini açıqlamadan Samvel Şahramanyanı dəvət edib. Göndərilən “dəvətnamə”də onun yalnız adı və soyadı yazılıb.

Bu barədə yerli “Hraparak” qəzeti yazıb.

Qəzetin yazdığına görə, Samvel Şahramanyan komissiyanın təklifini qəbul edib və noyabrın 24-də görüşə gedəcək.

“Maraqlıdır ki, Şahramanyan müharibədən əvvəlki dövrdəki vəzifəsi ilə - qondarma “Milli Təhlükəsizlik Xidməti”nin rəsmisi kimi dəvət olunur. Bu barədə komissiyanın sədri Andranik Köçəryan bu günlərdə məlumat verib. Lakin nədənsə komissiya “keçmiş baş nazir”, müharibədən əvvəl “baş prokuror” vəzifəsində çalışmış, müharibə ilə bağlı bütün səs-küylü işlərlə tanış olan Qurgen Nersisyanı dəvət etmir. Cəlal Arutyunyana gəlincə, komissiya onun məsələsi ilə bağlı hələ də qeyri-müəyyənlik içərisindədir. Andranik Köçəryanın Şahramanyandan sonra Cəlal Arutyunyanın dəvət ediləcəyini təsdiqləməsinə baxmayaraq, problem ondadır ki, Arutyunyan 44 günlük müharibə zamanı səhlənkarlıqda ittiham olunub və komissiya ilkin olaraq cinayət işində iştirak edənlərin dindirilməsinə ehtiyac olmadığını qərara alıb. Onların fikirlərini niyə dəyişdikləri və Arutyunyanın komissiyaya dəvət edilib-edilməyəcəyi hələlik bəlli deyil”, - deyə məqalədə qeyd olunub.(musavat)

Reaksiya.az

Şərhlər