Paşinyanın Gürcüstan açıqlaması etiraz yaratdı - “Bu demarşdır”

27.11.2023 12:15     Dünyadan reaksiya     378

Ermənistan Baş naziri Nikol Paşinyanın Gürcüstanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi Abxaziya separatçılarının etirazına səbəb olub.

 Abxaziyadakı qondarma parlamentin erməni deputatları Paşinyan əleyhinə etiraz bəyanatı ilə çıxış ediblər.

Bəyanat “Abxaziya xalq məclisi”nin üzvləri A.Minosyan, Q.Trapizonyan, E.Rştunu və L.Qalustyan tərəfindən imzalanıb.

Separatçılar Ermənistan baş nazirinin açıqlamasını “kinli” adlandırıblar. Ermənilər bu “kontekst”də Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasını da xatırladıblar.

“Paşinyanın bəyanatını vətənimiz Abxaziya Respublikasına (qondarma – red.) qarşı demarş kimi qiymətləndiririk. Ermənistanın baş nazirinin dedikləri bizdə mənfi təəssürat yaratdı və xoşagəlməz dad buraxdı”, - separatçılar deyiblər.

Nikol Paşinyan dünən Gürcüstanın ərazi bütövlüyünü tanıdığını bu sözlərlə ifadə etmişdi:

“Bir neçə dəfə bəyanatlarımda qeyd etmişəm ki, Gürcüstanın birliyini və dövlətçiliyini tam və birmənalı şəkildə dəstəkləyirik”.(Teleqraf)

 

Reaksiya.az

 

 

Şərhlər