Avropa Birliyi mövqeyini dəyişir - “Yumşalmaq lazımdır”
27.11.2023 12:16 Dünyadan reaksiya 355
Bəzi Avropa Birliyi ölkələri Rusiyaya qarşı sanksiyalardan üçüncü dövlətlər vasitəsilə yan keçməyə yönəlmiş tələblərin yumşaldılmasını tələb edir.
Bu barədə “Blumberq” agentliyi məlumatlı mənbələrə istinadla yazır.
Avropa Komissiyası alıcılardan müəyyən məbləği məqsədyönlü depozit hesabına yatırmağı tələb etməklə, idxalçılara yarımkeçiricilər kimi ikili təyinatlı malların Rusiyaya təkrar satışını qadağan edib. Qadağanın pozulması halında həmin depozitin ən azı yarısı Ukrayna fondlarına yönəldiləcək, müqavilələrə xitam veriləcək.
“Blumberq”in məlumatına görə, bəzi iri üzv dövlətlər bu qərardan narahatdır. Həmin ölkələr daha məhdud sayda məmulat və məhsullara üstünlük verir, Avropa şirkətlərinin rəqabət imkansızlığından narahat olduqlarını bildirirlər.
AB hazırda Rusiyaya qarşı 12-ci sanksiyalar paketi üzərində işləyir, bura avtomobil hissələrinin və digər ikili təyinatlı malların, eləcə də rus almazlarının ixracına qadağa da daxil ola bilər.
AB və ABŞ uzun müddətdir Rusiyanın üçüncü ölkələr vasitəsilə hərbi mallar ixrac etmək imkanlarını məhdudlaşdırmağa çalışır. “Blumberq”in iddiasına görə, Rusiya alışlarının 80 faizindən çoxu Çin və Honq Konqa gedir. Bu baxımdan Qazaxıstan, Serbiya, Türkiyə, Ermənistan və Özbəkistan kimi ölkələr Rusiyaya sanksiyalardan yan keçməkdə ittiham olunur.
Şərhlər