KTMT Ermənistanın qərarına hörmətlə yanaşır" - Baş katib

27.11.2023 12:28     Dünyadan reaksiya     409

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi olub və qalır, İrəvanın Minskdəki sessiyada iştirak etməməsindən qəti nəticə çıxarmağın mənası yoxdur. 

Bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

KTMT-nin baş katibi bildirib ki, Ermənistanın təşkilatdan çıxmasından söhbət gedə bilməz: "KTMT Katibliyinin bildiyinə görə, Ermənistan nümayəndə heyətinin iştirak etməməsinin səbəbləri texniki xarakterli olub. KTMT təşkilatın tamhüquqlu üzvü kimi Ermənistan Respublikasının qərarına hörmətlə yanaşır".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar