"Vahid Rusiya" partiyası prezident seçkilərində Putinin namizədliyini dəstəkləyib

18.12.2023 13:21     Dünyadan reaksiya     466

“Vahid Rusiya” Ümumrusiya siyasi partiyasının qurultayı 2024-cü ildə keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı Vladimir Putinin özünün namizədliyini irəli sürməsini yekdilliklə dəstəkləyib.

Trend-in məlumatına görə, bu barədə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən “Rusiya” forum-sərgisində Vahid Rusiyanın 21-ci qurultayı zamanı bildirilib.

Tədbirdə cəmi 551 nümayəndədən 492-si iştirak edir.

“Yekdilliklə qəbul edilib” - deyə Partiya sədri Dmitri Medvedev qurultayın qərarını elan edib. Səsvermə açıq rejimdə keçirilib.

Reaksiya.az

Şərhlər