İsrail ordusu "Hizbullah"a qarşı quru əməliyyatına başlaya biləcəyini bildirib
18.12.2023 13:49 Dünyadan reaksiya 497
İsrail ordusu Livanın cənubunda "Hizbullah" qruplaşmasına qarşı quru əməliyyatına başlaya bilər.
“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun adı açıqlanmayan yüksək rütbəli zabiti “The Times”ə müsahibəsində deyib.
Bildirilib ki, İsrail ordusu "Hizbullah" əsgərlərini İsrail sərhədindən təxminən 20 kilometr uzaqlıqdakı Litana çayına geri itələməyə çalışır.
Qeyd olunub ki, İsrail "Hizbullah"ın hücuma keçə biləcəyindən narahatdır.
İsrailin müdafiə naziri Yoav Qallant isə bildirib ki, Təl-Əviv sülhü bərpa etmək istəyir və bunu istənilən vasitə - həm müharibə, həm də danışıqlarla edə bilər.
Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.
Şərhlər