Təslim olan PKK üzvündən bomba etiraflar
22.08.2015 23:01 Dünyadan reaksiya 2768
Son bir ayda təslim olan 240 terrorçudan 180-i hava əməliyyatlarını fürsət bilərək qaçıb.
Reaksiya.az xəbər verir ki, "Zozan" kod adlı terroristin etirafları isə hər şeyi açıqlayır.
PKK terror təşkilatına mənsub olan 240 nəfər 24 iyul 2015ci ildən bu günə kimi təhlükəsizlik qüvvələrinə təslim olub. Bunlardan 180-i Türkiyə Silahlı Qüvvələrinin (TSQ) həyata keçirdiyi hava əməliyyatlarından sonra Qəndil və ətrafındakı şəhərciklərdən qaçıb.
Digər 60 nəfər isə daha əvvəl İraqın şimalına sığınanlar və təslim olanlardır.
Təhlükəsizlik qüvvələrinin iyulun 22-dən bu yana terror təşkilatı PKK-ya qarşı yurd içi və xaricdə həyata keçirdiyi əməliyyatlarda isə 812 terrorçu zərərsizləşdirilib.
Bir terroristin etirafı
Hakkarinin Şemdinli rayonunda 3 terrorçu, 24-25 iyul gecəsi TSQ-nın Qəndilə həyata keçirdiyi hava əməliyyatlarından sonra 28 iyulda PKK terror təşkilatından qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olub.
PKK terror təşkilatının onlara izah etdiklərinin əksinə Türkiyədə əsgərlər tərəfindən yaxşı qarşılandıqlarını qeyd edən terrorçular dostlarını da təslim olmağa çağırıb.
Təslim olanlardan "Zozan" kod adlı terrorçu təhlükəsizlik qüvvələrinə verdiyi ifadədə 24-25 iyul gecəsi TSQ-nın Qəndilə həyata keçirdiyi hava əməliyyatları zamanı yaşadıqlarını belə izah edib:
“Çox yoldaşımız öldü, gözlərimizin önündə. Biz necə sağ qaldıq bilmirəm. O gecə mənə verilən vəzifələri bitirərək yatmağa getdim. Gecə yarısı heç vaxt eşitmədiyim qədər böyük partlayışlarla oyandım. Hamı qışqıraraq sağa sola qaçırdı, qaldığımız yerin yaxınlığında bir alov topunu gördüm, sonra çox böyük bir partlayış səsi gəldi. Silahımı da yanıma aldım. O anda üstümə 2 və ya üç dostum aşdı. Altlarında qaldım. Bir müddət eləcə dondum, düşünmək istəyirdim, amma ağlıma heç nə gəlmirdi. Nə olmuşdu, bu partlayışlar alovlar nə idi, başa düşmədim".
Sadəcə, PKK terror təşkilatının lider heyətinin daxil olduğu, 20 metr dərinlikdə olan bir arsenaldan bəhs edən "Zozan" kod adlı terrorçu TSQ-nın həyata keçirdiyi hava əməliyyatında çox böyük partlayışlar olduğunu, bu arsenalın də vurulmuş ola biləcəyini ifadə edib.
Əməliyyatlardan sonra yoldaşları ilə düşərgədən mümkün qədər uzağa qaçdığını qeyd edən "Zozan" PKK terror təşkilatına aid digər düşərgələrdən da alovlar yüksəldiyini bildirib.
“Bu təyyarələri Allah göndərib, qaçma imkanı tapdıq”
“Zozan” ifadəsində yaşadıqlarını belə izah edib:
“Bir ara “Yuxudayammı?” deyə sual verdim özümə, “qiyamətmi gəldi” dedim. Normalda namaz qılan biriydim. Anam, atam və qardaşlarım hər kəs namaz qılar bizim ailədə. Amma məni bu düşərgəyə gətirdikləri gündən bəri nə namaz qıldım, nə də oruc tutdum. Qətiyyən İslam ilə bağlı bircə söz belə gətirməzsiniz buralarda. Təşkilata daxil olanlara qısa bir müddətdən sonra həqiqəti görərək dərhal peşman olurlar, amma qaçmağa qərar verəndə bunu dərhal edə bilmirlər. Çünki qaçıb tutulduğun zaman dərhal edam edirlər səni. Bu təyyarələri Allah göndərib hər halda. O qarışıqlıqdan istifadə edərək çox dostum qaçdı. Biz üç nəfər birlikdə hərəkət etdik. 3-4 gün yol getdik Türkiyəyə doğru. Əlimizdə silah da yox idi. Keçdiyimiz yerlərdə təşkilatın istifadə etdiyi məskunlaşma yerləri vardı. Oraların uzaqlığından keçərək özümüzü bəlli etmədik, amma o yerlərin çoxu da təyyarələr tərəfindən vurulmuşdu. Yalnız intensiv tüstülər çıxırdı hələ də".
PKK düşərgələrinə aldadılaraq aparıldığını qeyd edən "Zozan" "Gələndə hər şeyin yalan olduğunu anladım, amma artıq iş işdən keçmişdi. Neçə dəfə qaçmağı düşündüm, amma cəsarət etmədim. Qaçmağa çalışanları ya öldürürdülər, ya da ölməkdən betər hala gətirirdilər. Artıq qaçmağı düşünmürdüm. Mən isə yaşamaq istəyirdim. Allah razı olsun o təyyarələrdən ki, mənə və bir çox dosta bu fürsəti verdi" ifadələrini işlədib.
“Heç kim təslim olmaqdan qorxmasın”
Çox çətin şərtlər altında yaşadıqlarını deyən “Zozan” sözünə belə davam edib:
“Hamımız bulqur və quru lobya yeyirdik, onlar da biabırçı idi. Anamın bişirdiyi yeməklər üçün çox darıxdım. Məni buraxın gedim, heç kəsi öldürməmişəm, düşərgədən bayıra da çıxmamışam. Orada hər kəs əzilir. Çətin şərtlər altında yaşayırlar. Orda hazırda neçə nəfər qaldı bilmirəm. Bu fəlakətdən sonra çox yaşayan yoxdur yəqin ki.
Buradan qalanlara müraciət edirəm, gəlin, təslim olun. Sizə deyilənlər heç doğru deyil. Nə öldürdülər, nə də üstümüzə beton tökdülər. Beləliklə, gördüyünüz kimi, sağ-salamatıq. Heç kim təslim olmaqdan qorxmasın. Təhlükəsizlik qüvvələri bizə son dərəcə yaxşı davrandı. Qorxmayın, gəlin və yenidən yaşayın. Bu fürsət bir daha ələ keçməz".
Şərhlər