İran Pakistandan izahat tələb etdi

18.01.2024 11:52     Dünyadan reaksiya     221

İran Pakistan Hərbi Hava Qüvvələrinin ölkə ərazisinə endirdiyi zərbələrlə bağlı Pakistandan izahat tələb edib.

 İran təhlükəsizlik qüvvələrinin nümayəndəsinin mesajı "Press TV"nin "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

İran xüsusi xidmət orqanlarının nümayəndəsinin sözlərinə görə, “İran Pakistandan ölkənin sərhəd bölgələrində həyata keçirilən raket hücumları ilə bağlı dərhal izahat tələb edib”.

Xatırladaq ki, yanvarın 18-də səhər saatlarında Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətləri Pakistan raketləri və pilotsuz təyyarələri ilə hücuma məruz qalıb. Zərbələr nəticəsində bir neçə yerli sakin xəsarət alıb, başqa təfərrüatlar verilmir.

Qeyd edək ki, öz növbəsində Pakistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İran ərazisinə zərbələrin endirilməsinin yeganə məqsədi ölkənin təhlükəsizliyini və milli maraqlarını təmin etməkdir. Departament əlavə edib ki, terrorçuların sığınacaqlarına qarşı yüksək dəqiqlikli hərbi zərbələr seriyası həyata keçirilməlidir.

 

Reaksiya.az

Şərhlər