İrəvanda qapalı toplantı: Sülh prosesindən geri çəkilirlər?
18.01.2024 11:53 Dünyadan reaksiya 246
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatları Azərbaycanla sülh müqaviləsinin imzalanmasının təhlükədə olub-olmadığını aydınlaşdırmaq üçün xarici işlər naziri Ararat Mirzoyanı qapalı iclasa dəvət ediblər.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Ermənistanın baş diplomatının hesabat verəcəyi qapalı toplantı yanvarın 24-də parlamentdə keçiriləcək.
“Hakim partiya sülh müqaviləsinin imzalanmasının təhlükədə olub-olmadığını anlamaq qərarına gəlib. Bəzi rəsmilər son vaxtlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı aparılan mübadiləni geriləmə hesab edirlər”, - məlumatda deyilir.
Şərhlər