Ermənistan üçün Putinin həbsi qərarının icrası məcburiləşdi

01.02.2024 12:45     Dünyadan reaksiya     111

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu Ermənistan üçün fevralın 1-dən - bu gündən qüvvəyə minir.

Reaksiya.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

Bununla İrəvan BCM-in tam hüquqlu üzvü olub. Artıq Ermənistan üçün Məhkəmənin Rusiya prezidenti Vladimir Putinin həbsi barədə qərarının icrası məcburidir.

Qeyd edək ki, bununla bağlı uzun müddət gərgin müzakirələr aparılıb.

Reaksiya.az

Şərhlər