ABŞ Husilərin bazasına zərbə endirdi

01.02.2024 13:11     Dünyadan reaksiya     92

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəmənin Husi Ənsar Allah hərəkatının pilotsuz uçuş aparatının (PUA) bazasına zərbə endirdiyini bildirib.

Reaksiya.az xəbər verir ki, bu barədə "Twitter" sosial şəbəkəsindəki komanda səhifəsində qeyd olunub.

Komandanlıq Qırmızı dənizdə gəmiçilik üçün təhlükə yaradan pilotsuz uçan aparatların yerinin aşkar edildiyini açıqlayıb. Hərbçilər zərbəni özünümüdafiə və ticarət gəmilərini qorumaq məqsədilə həyata keçirdiklərini vurğulayıblar.

"ABŞ ordusu İranın dəstəklədiyi Husilərin yerüstü idarəetmə stansiyasına və 10 birtərəfli pilotsuz uçan aparata zərbələr endirib", - məlumatda deyilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar