Rusiya əsas tərəfdaşımız ola bilməz - Paşinyan
01.02.2024 21:35 Dünyadan reaksiya 131
Bir neçə səbəbdən Rusiya müdafiə və hərbi-texniki sahədə Ermənistanın əsas tərəfdaşı ola bilməz.
Reaksiya.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Biz başa düşməliyik ki, biz həqiqətən kiminlə hərbi-texniki və müdafiə əlaqələri saxlaya bilərik. Əvvəllər bu problem sadə idi. Çünki belə bir məsələ yox idi və konsepsiya yaratmaqda heç bir çətinlik yox idi. Əvvəllər müdafiə sektorunda münasibətlərimizin 95-97%-i Rusiyanın payına düşürdü. İndi bu, həm obyektiv, həm də subyektiv səbəblərə görə ola bilməz”, - deyə hökumət başçısı bildirib.
Şərhlər