“Yaxın Şərqdəki gərginlik neft bazarına ciddi təsir edir”

02.02.2024 09:30     Dünyadan reaksiya     160

Rusiya Baş nazirinin müavini Aleksandr Novak Yaxın Şərqdəki gərginliyin neft bazarına ciddi təsir etdiyini bildirib.

Reaksiya.az xəbər verir ki, Novak bununla bağlı “Rossiya 24” televiziyasına açıqlama verib:

“Əlbəttə ki, bu gün bazardakı vəziyyət Yaxın Şərqdə baş verənlərdən çox təsirlənir. Birincisi, mövcud gərginlik, ikincisi Qırmızı dənizdəki vəziyyət getdikcə daha da pisləşir. Bu gün ticarət əlaqələri, nəqliyyat və logistika bir-biri ilə əhəmiyyətli dərəcədə bağlıdır”.

Bu səbəbdən Novak “OPEC”-də bazarın tarazlaşdırılması üçün birgə qərarlar qəbul etməyin vacibliyini vurğulayıb:

“Lazım gələrsə, bazarı sabitləşdirmək üçün əlavə qərarlar qəbul edəcəyik. Bu tədbirlər neft hasilatının və ya daşınmasının həm artmasını, həm də azalmasını əhatə edə bilər”.

Reaksiya.az

Şərhlər