Fermerlər Avropa Parlamentinin qarşısında etiraza qalxdı

02.02.2024 09:45     Dünyadan reaksiya     105

Belçika və İtaliya başda olmaqla müxtəlif Avropa ölkələrindən olan minlərlə fermer Brüsseldə Avropa Parlamentinin qarşısına toplaşıb.

 

Reaksiya.az xəbər verir ki, fermerlər Avropa İttifaqının Liderlər Sammitinin keçirildiyi ərazinin ətrafında traktorları ilə nəqliyyatın hərəkətinə əngəl törədiblər.

 

Onlar parlament binasının qarşısında təkər, peyin və odun qoyaraq etirazlarını ifadə ediblər. Fermerlərin qarşısını almaq üçün Belçika polisi parlament şəhərciyinin ictimaiyyətə açıq olan girişlərini tikanlı məftillərlə bağlayıb.

Reaksiya.az

Şərhlər